Tramp Administrasiyasının keçmiş rəhbəri Mark Medouz dindirilib

ABŞ-ın sabiq prezidenti Donald Trampın fəaliyyətini yoxlayan xüsusi prokuror Cek Smit Ağ Ev administrasiyasının keçmiş rəhbəri Mark Medouzu ifadə verməsi üçün çağırıb.

Poliqon.info xəbər verir ki, bu barədə CNN ABŞ administrasiyasındaki mənbələrinə istinadən məlumat yayıb.

Mənbə iddia edir ki, prokuror Meadouzdan 2021-ci il yanvarın 6-da Tramp tərəfdarlarının Kapitoliyaya hücumu ilə bağlı sənədlərin və məlumatların verilməsini istəyib.

Televiziya şirkətinin məlumatına görə, Medouz bu ilin yanvarında istintaqa çağırış alıb.

Qeyd edək ki, daha əvvəl Trump administrasiyasında ABŞ-ın vitse-prezidenti vəzifəsini icra edən Mayk Pens də bənzər bir çağırış almışdı.

Poliqon.info