Herş: Bayden “Şimal axını”nda partlayışların ABŞ-la əlaqəlidiriləcəyindən qorxurdu…

Amerikalı jurnalist Seymur Herş iddia edir ki, Co Bayden “Şimal axını”nda təxribat hazırlamaq prosesində partlayışların ABŞ-la bağlı olacağından ehtiyat edib...

Poliqon.info xəbər verir ki, Seymur Herş bu barədə democracynow.org portalına müsahibəsində danışıb.

Herşin sözlərinə görə, iyun ayında keçirilən təlimlərdən sonra dalğıclar öz işlərini görmək üçün göndərilib.

“Onlar öz işlərini gördülər, lakin prezident son anda tərəddüd etdi, çünki təlimdən dərhal sonra baş verən partlayışın ABŞ-la əlaqələndiriləcəyindən qorxurdu”, deyə jurnalist bildirb.

Jurnalist qeyd edib ki, buna görə də “Şimal axını”nın partladılması sentyabra qədər yubanıb.

Poliqon.info