ABŞ Arktika Şurasının layihələrini Rusiyasız bərpa etməyə qərar verib

ABŞ-ın təşəbbüsü ilə yenilənən Arktika Şurasının layihələrində Rusiyanın iştirakı nəzərdə tutulmur...

Poliqon.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin müşaviri Derek Çollet məlumat verib.

Amerikalı diplomatın sözlərinə görə, Rusiya Arktikada beynəlxalq elmi əməkdaşlığa mane olub. Həmçinin ABŞ-da hesab edirlər ki, Moskvanın davranışı yaxın gələcəkdə dəyişməyəcək. Buna görə də ABŞ Rusiyanın iştirakı olmadan Arktikada fəaliyyətləri davam etdirməyə hazırlaşır.

Qeyd edək ki, Arktika şurasına daxil olan ölkələr NATO blokunun üzvü və ya üzvlüyünə namizəddirlər. Bu ölkələr arasımda Kanada, ABŞ, Danimarka, Norveç, İslandiya, İsveç, Finlandiya, Böyük Britaniya var.

Poliqon.info