“Çelsi” Neymar üçün “Pari Sen-Jermen”ə 60 milyon avro verməyi düşünür

İngilis klubu “Çelsi” Fransanın “Pari Sen-Jermen” klubu ilə Neymarın transferi üçün 60 milyon avro üzərində danışıqlar aparır…

Poliqon.info xəbər verir ki, bu barədə Fransanın Le Parisien nəşri məlumat yayıb.

Məlumatda bildirlir ki, “Çelsi”nin sahibi Todd Bouli Pari Sen-Jermen” klubunun təmsilçisi Germain Nasser əl-Xelaifi ilə nahar yeməyində bir araya gəlib.

Mənbənin bildirdiyinə görə, tərəflər PSJ-nin braziliyalı hücumçusu Neymarın London klubuna mümkün transferini müzakirə ediblər. “Çelsi”nin braziliyalı hücumcu üçün 60 milyon avro ödəməyə hazır olduğu qeyd edilir.

Neymar bu mövsüm Parisdə 27 oyuna çıxıb, 17 qol vurub və 15 məhsuldar ötürmə edib. Neymarın bazar dəyəri 75 milyon avro olaraq qiymətləndirilir.

Poliqon.info