Dünya Bankının prezidenti yaxın aylarda istefaya gedəcək

Dünya Bankının prezidenti David Malpas yaxın aylarda istefa verəcəyini açıqlayıb...

Poliqon.info xəbər verir ki, bu barədə Bloomberg Agentliyi məlumat yayıb. Məlumarda bildirilir ki, Dünya Bankının prezidenti David Malpas yaxın aylarda vəzifəsini tərk etmək niyyətində olduğunu açıqlayıb.

Nəşr Malpasın özünə istinadən yazır ki, bu, 66 yaşlı Malpasın səlahiyyət müddətinin rəsmi başa çatmasına təxminən bir il qalmış, maliyyə ilinin sonuna qədər, yəni iyunun 30-dək baş verəcək erkən istefa olacaq. Malpas bu qərarının səbəbini açıqlamayıb.

Qeyd edək ki, Malpas 2019-cu ildə ABŞ-ın o zamankı prezidenti Donald Tramp tərəfindən vəzifəyə təyin edilib.

Xatırladaq ki, Malpas keçən il iqlim dəyişikliyinin səbəbləri ilə bağlı bir konfransda suala səhv cavab verdikdən sonra tənqidlərlə üzləşdi və onun vəzifədən çıxarılması çağırışlar edildi.

Poliqon.info