“ABAD” mərkəzlərinin fəaliyyət istiqamətləri barədə məhsul istehsalçıları arasında maarifləndirici görüş keçirilib

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üçün tədbirlər planının 7.1.22-ci (“Ailə Biznesinə Asan Dəstək” mərkəzləri şəbəkəsinin genişləndirilməsinin davam etdirilməsi və iri şirkətlər tərəfindən ailə təsərrüfatlarının dəstəklənməsinin təşviqi ilə bağlı) bəndinin icrasının təmin edilməsi məqsədilə 14-15 fevral 2023-cü il tarixlərdə Şirvan şəhər ərazisində ayrı-ayrı məhsul istehsalçıları arasında maarifləndirici görüş keçirilib.

Poliqon.info xəbər verir ki, görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin istehsal və xidmət sahələri sektorunun müdiri Ramin Qasımov, Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Asim Zeynalov, Hacıqəhrəmanlı qəsəbə ərazi dairəsi üzrə nümayəndəsi Vidadi Hüseynov və Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin nümayəndəsi Babanəzər Kərimov iştirak edib. Görüş zamanı “ABAD” mərkəzləri şəbəkəsinin fəaliyyət istiqamətləri, göstərdiyi dəstək xidmətləri barədə geniş izahat və ətraflı məlumat verilib, o cümlədən onların fikir və təklifləri dinlənilib, iştirakçılara maraqlı olan suallar cavablandırılıb. Tədbir iştirakçıları bu sahədə qəbul olunmuş yeni qanunun müddəaları barədə məlumatlandırılıb. Görüş ailə təsərrüfatlarına məxsus olan şəxslərin “ABAD” PHŞ ilə əməkdaşlığının genişləndirilməsinin təşkili, “ABAD” mərkəzləri tərəfindən göstərilən bir çox xidmətlərin tədbiq dairəsinin genişləndirilməsi və bu sahəyə maraqlı olan hər bir vətəndaşların bu xidmətlərdən maksimum dərəcədə yararlana bilməsi məqsədilə təşkil olunub.

##galery##

poliqon.info