"Bavariya"nın futbolçusu Çempionlar Liqasında rekorda imza atıb

Almaniyanın "Bavariya" klubunun futbolçusu Kinqsli Koman yeni rekorda imza atıb.

"Report" "Opta"ya istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi buna Fransada PSJ-yə qarşı keçirdikləri UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında nail olub.

53-cü dəqiqədə komandasına qələbə qazandıran yeganə qolun müəllifi olan fransalı oyunçu qitənin bir nömrəli klub turnirində meydana çıxdığı ilk 50 qarşılaşmanın 39-da qalib gəlib.

Qeyd edək ki, "Bavariya" və PSJ arasındakı cavab görüşü martın 8-də olacaq.

Poliqon.info