FHN məmur-biznesmen Oktay Atakiyevin restoranını bağlayıb

Lakin bu, yanğın qaydalarına əməl etməyərək restorana gələnlərin və ətraf mühitin təhlükəsizliyini nəzərə almayan Oktay Atakişin yeganə obyekti deyil...

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 27 ünvanında yerləşən “Möhtəşəm Məkan” restoranını bağlaması haqda məlumat yayıb.

Məlumatda bildirilir ki, “Möhtəşəm Məkan” restoranında keçirilmiş yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki Belə ki, obyektdə qaz təsərrüfatından qeyri-qanuni istifadəyə yol verilib, qaz istismarına dair müvafiq sənədlər təqdim edilməyib, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları tam quraşdırılmayıb və həmin qurğuların texniki sazlığının yoxlanımasi ilə bağlı test aparılmayıb, elektrik təchizatı və elektrik qurğuları “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, anbar otaqları yanğın təhlükəsizliyinin tələblərinə uyğun saxlanılmayıb, obyekt odsöndürən balonlarla təmin olunmayıb və obyektdə təxliyə planı mövcud deyil.

Poliqon.infoya daxil olan məılumatda isə bildirilir ki, “Möhtəşəm Məkan” restoranı Müdafiə Sənayesi Nazirliyində zavodlarda istehsala nəzarət şöbəsinin müdiri Oktay Atakişiyevə məxsusdur.

Lakin bu, yanğın qaydalarına əməl etməyərək restorana gələnlərin və ətraf mühitin təhlükəsizliyini nəzərə almayan Oktay Atakişin yeganə obyekti deyil. Bakının tanınmış məmur-biznesmənlərindən biri olan Oktay Atakişiyevin Bakıda və doğulduğu Beyləqanda çoxlu sayda obyektləri mövcuddur. Eyni zamanda Oktay Atakişiyev Bakı şəhərində yaşayış binaları da tikir.

Oktay Atakişiyev haqqında yerli mətbuatda da çoxsaylı və maraqlı məlumatlar dərc olunub. Belə məlumatlardan birində bildirlir ki, Oqtay Atakişiyev Bakı şəhəri Zabrat qəsəbəsi ərazisində bir çox sexlər açaraq Müdafiə Sənayesi zavodlarina verilən sifarişləri öz sexlərində həyata keçirib. Yəni vəzifə səlahiyyətlərindən istifadə edərək ciddi qanun pozuntusuna yer verib. Həmin sexlərdə istehsal olunan məhsulların isə keyfiyyəti təbii ki, böyük sual altındadır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Poliqon.info