Trampın daha bir rəqibi - Nikki Heyli prezidentliyə namizədliyini irəli sürəcək

Donald Trampın zamanında ABŞ-ın BMT-dəki nümayəndəsi Respublikaçı Partiyadan prezidentliyə namizəd olacaq...

Poliqon.info Bloomberg Agentliyinə istinadən xəbər verir ki, Cənubi Karolinanın keçmiş qubernatoru və ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməyə hazır olduğunu bəyan edib.

Qeyd edək ki, Nikki Heyli Respublikaçılar Partiyasının nüfuzlu təmsilçilərindən biridir.

Daha əvvəl The Hill nəşri yazmışdı ki, Respublikaçılar Partiyasının ən azı səkkiz nüfuzlu təmsilçisi prezidentliyə namizədliyini irəli sürəcək. Bu isə Donald Tramp üçün doğrudan ciddi problemlər yarada bilər.

Nikki Heylidən başqa Respublikaçılar Partiyasından keçmiş Dövlət Katibi Mayk Pompeo, sabiq vitse-prezident Mayk Pens, , Florida ştatının qubernatoru Rod Desantis, Arkanzas ştatının keçmiş qubernatoru Asa Hatçinson, Virciniya qubernatoru Qlenn Yanqkin, Merilend ştatının keçmiş qubernatoru Larri Hoqan və Cənubi Karolina senatoru Tim Skott prezidentliyə namizəd ola bilərlər.

Poliqon.info