ÜST: “Avropada əsrin ən dağıdıcı təbii fəlakətinə şahidlik edirik”

“Avropada əsrin ən dağıdıcı təbii fəlakətinə şahidlik edirik”.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə direktoru Hans Kluge Türkiyədə baş verən zəlzələ ilə bağlı açıqlamasında bildirib.

Qeyd edək ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 31 974 nəfərə çatıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Poliqon.info