Moldova klubunun avrokubok oyunu azarkeşsiz keçiriləcək

Moldovada "Şerif" və Serbiyanın "Partizan" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu azarkeşsiz keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Tiraspol təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Moldova Futbol Federasiyası ölkə rəhbərliyinin istəyi ilə qarşılaşmanın boş tribunalar önündə baş tutacağını kluba çatdırıb.

Görüş üçün bilet almış fanatların pulları geri qaytarılcacaq. Budan əlavə, komandalarını dəstəkləmək üçün Moldovaya gələn serbiyalı tərəfdarların ölkəyə buraxılmadığı məlum olub.

Qeyd edək ki, fevralın 16-da oynanılacaq "Şerif" - "Partizan" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Daha əvvəl Moldova prezidenti Maya Sandu ölkəyə hücumlar hazırlandığını bildirib.

Poliqon.info