Tehranda tikilməkdə olan binada güclü partlayış: 4 fəhlə faciəvi şəkildə həlak oldu

İranın paytaxtı Tehranda tikilməkdə olan binada parrtlayış baş verib. Hadisə nəticəsində dörd fəhlə faciəvi şəkildə həlak olub.

“Azad İran” “ Telegram” kanalının məlumatına görə, bu barədə Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü Calal Məleki bildirib.

Onun sözlərinə görə, hadisəyə qaz sızmasının səbəb olduğu ehtimal edilir.

Poliqon.info