Qriqoryan: Avropa İtrtifaqı Ermənistanı buna məcbur etməyib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Avropa İtiifaqının monitorinq missiyasını əlavə təhlükəsizlik təminatı adlandırıb...

Poliqon.info xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün brifinqdə jurnalistlərə bildirib ki, Avropa İtiifaqının monitorinq missiyasının Ermənistana gəlməsi İrəvanıb arzusu olub. Qriqoryan İrəvanın bu addımını “əlavə təhlükəsizlik təminatları yaratmaq” adlandırıb.

Qriqoryan qeyd edib ki, 2021-ci ilin mayında, noyabrında, 2022-ci ilin sentyabrında “Ermənistanın suveren ərazisinə hücum” zamanı mövcud təhlükəsizlik təminatları işə yaramadı. O, bildirib ki, risklər davam edir, ona görə də bu riskləriı zərərsizləşdirmək üçün əlavə beynəlxalq mexanizmlərə ehtiyac var.

Qriqoryana görə Azərbaycan-Ermənistan sərhədində müşahidəçilərin olması İrəvana əlavə təminatlar verəcək.

Poliqon.info