FHN-in zəlzələ bölgəsindəki qərargahında atılacaq növbəti addımlar müzakirə edilib - Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirir...

FHN-dən Poliqon.info-ya verilən məlumata görə, bu çərçivədə, Kahramanmaraş rayonu ərazisində təşkil edilmiş FHN-in xilasetmə qüvvələrinin qərargahında fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyevin iştirakı ilə növbəti toplantı keçirilib.

Toplantıda hazırki əməliyyat şəraiti, əldə edilmiş nəticələr müzakirə edilib. Həmçinin, atılacaq növbəti addımlar, o cümlədən göndərilən humanitar yardımların məntəqələrə çatdırılması və təhvil verilməsi məsələləri nəzərdən keçirilib, müvafiq tapşırıqlar verilib.

poliqon.info