Con Kirbi: Bayden UNO fenomenini öyrənməyi tapşırıb

Kirbi iddia edir ki, Baydendən əvvəl heç bir Amerika prezidenti UNO araşdırmalarını bu qədər ciddi qəbul etməmişdi...

Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi fevralın 13-də bildirib.

Onun sözlərinə görə, tapşırıq hərbçilər ABŞ və Kanadanın şimalında üç naməlum təyyarəni vurduqdan sonra verilib.

Kirbi aydınlaşdırıb ki, ABŞ hakimiyyət orqanları bu obyektlərin yerdən kənar mənşəyi haqqında danışmağa əsas görmür, lakin bu fenomeni daha ətraflı öyrənmək qərarına gəlib. Son olaraq vurulan hava şarlarının qalıqları tapılmayıb.

Poliqon.info