Rusiya kəşfiyyatından ABŞ-a qarşı ağır ittihamlar...

ABŞ suriyalı yaraqlıları terror aktları törətmək üçün Rusiyaya göndərməyə hazırlaşır...

Poliqon.info Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mənbələrinə istinadən açıqlama verib.

Xəbərdə bildirilir ki, Amerika kəşfiyyat orqanları bu ilin yanvarında Suriyadan Rusiya rəsmiləri və təhlükəsizlik rəsmilərinə qarşı terror aktları həyata keçirmək üçün 60 yaraqlı cəlb edib.

“Biz ABŞ-ın güc strukturlarında hər hansı bir mənəvi prinsipinlərin son itkisini görürük. Vaşinqton strateqləri Rusiyanı “ələ keçirmək” kimi dəli ideyaya qapılaraq terrorçulardan öz çirkin məqsədləri üçün bilavasitə istifadə etməyi məqbul hesab edirlər”, deyə Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilir.

Rusiya XKX-nin məlumatlarına görə, ABŞ ordusunun İŞİD və “Əl-Qaidə” ilə əlaqəli cihadçı yaraqlıları fəal şəkildə Rusiyada terror aktı törətməyə sövq edilir. Kəşfiyyat qurumu qeyd edib ki, bu işə əsasən Şimali Qafqaz regionları və Mərkəzi Asiya ölkələrindən olan terorçular cəlb edilirlər.

Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, artıq Yaxın Şərqdə döyüş təcrübəsi olan bu döyüşçülər Suriyadakı Əl-Tanfdakı Amerika bazasında sürətləndirilmiş təlim keçirlər.

“Orada onlar əldəqayırma partlayıcı qurğuların hazırlanması və istifadəsi, eləcə də təxribat fəaliyyətləri üzrə təlim keçirlər”, -deyə kəşfiyyat xidməti bildirib.

Press-relizdə o da qeyd edilir ki, yaraqlılar kiçik qrupların şəklində Rusiya və digər MDB ölkələrinə gəlməyə hazırlaşır.

Həmçinin Rusiya XKX-in verdiyi məlumata görə, terror aktlarının təşkilində “Hizb-ut-Təhrir”, “Camaat Ansarullah” və “Özbəkistan İslam hərəkatı” terror qruplaşmalarının gizli hücrələri də iştirak edəcək.

Poliqon.info