DİN-dən Bakıda oğulun anasını ağacla döyməsi ilə bağlı açıqlama 

Daxili İşlər Nazirliyi Bakının Nəsimi rayonunda oğulun anasını döyməsi barədə açıqlama verib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən şəxs artıq saxlanılıb:

“1957-ci il təvəllüdlü A.Mustafayevanı döyməkdə şübhəli bilinən oğlu, 1979-cu il təvəllüdlü R.Mustafayev polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Araşdırma aparılır”.

Qeyd edək ki, ötən gün Bakının Nəsimi rayonunda oğul anasını döyüb. Oğlu qadını ağac budağı ilə döyüb. Yaralı qonşuların köməkliyi ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

poliqon.info