Rusiya səfərbərliyə aldığı əsgərləri hazırlaşdıra bilməyib

Rusiyanın səfərbərliyə alınmış əsgərləri hazırlaşdırmaq üşün vaxtı olmayıb…

Poliqon.info xəbər verir ki, bu barədə Amerikanın Müharibə Araşdırmaları İnstitutu (ISW) hesabatında bildirilir. Hərbi ekspertlər hesab edirlər ki, ehtimal hücum əməliyyatlarında Rusiya öz ordusunun sürətli irəliləyişini təmin edə bilməyəcək.

Rus ordusu bir neçə ay ərzində səfərbər olunanları cəbhədə effektiv hücum əməliyyatları həyata keçirməyə hazırlaya bilməyib.

“Rusiya Müdafiə Nazirliyi səfərbər edilmiş çağırışçıları qısa müddət ərzində effektiv mexanikləşdirilmiş hücum əməliyyatlarına hazırlaya bilməyib”, deyə ISW-nin hesabatında bildirilir.

Həmçinin, ekspertlər bildiriblər ki, Rusiya ordusunda döyüş sursatı və maşın çatışmazlığı yaşanır və bu da Rusiyanın mexanikləşdirilmiş manevr taktikasını səmərəsiz edir.

“Rusiya ordusunun Baxmut bölgəsində tətbiq etdiklər taktikanın daha geniş miqyasada tətbiqi mümkün deyil. Baxmutda istifadə olunan taktika sıx şəhər mühitinə daha uyğundur. Əsas problem odur ki, hazırda geniş miqyaslı hücum əməliyyatını həyata keçirmk üçün Rusiya qüvvələrinin lazımi elit birləşmələri yoxdur”, deyə hərbi ekspertlər vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan etmişdi ki, Rusiya qoşunları Ukraynanın şərqində beş istiqamətdə hücuma keçməyə çalışır.

Poliqon.info