“Rusiya Azərbaycana qarşı İranı hərəkətə keçirə bilər...” - Hafiz Hacıyev

“Ermənistan belə bir vəziyyətdə Azərbaycana heç vaxt hücum edə bilməz. Həmçinin, Ermənistana Avropa Parlamentinin, Avropa şurasının 200-ə yaxın nümayəndə heyəti gəlib, sərhədlərdə monitorinq keçirirlər. Yəni, bunun qarşısını almaq üçün bütün diplomatik yollarla müəyyən işlər görürlər”.

Poliqon.info xəbər verir ki, bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, Rusiyanın regionda zəifləməsi, bütün dünya dövlətləri tərəfindən təcrid olunması və Ukraynadakı işğalçı siyasətinə qarşı bütün dünyanın birləşdiyi vaxtda, Moskva İranı hərəkətə keçirə bilər: “Rusiya ikiüzlü oyun oynayır. Ermənistana bir söz deyir, Azərbaycana başqa söz. Üstəlik, Azərbaycana qarşı qərəzli münasibət göstərir. Ona görə, Avropadan gələn 200 nəfərlik müşahidə qrupu ilə biz də yaxşı olardı ki, əlaqədə olardıq. Çünki bizim ərazi bütövlüyümüzü bütün dünya tanıyır. Onlar da bu məsələlərdə öz fikirini bildirərdilər ki, artıq Xankəndi Azərbaycanındı. Çünki burada bizə mane olan ruslardır. İmkan vermilər ki, öz torpaqlarımıza gedib bayrağımızı ucaldaq”.

“Rusiyanın bu təcavüzkar və hiyləgər siyasətini açıb ortaya qoymaq lazımdır. Burada da biz dünya dövlətlərindən kömək gözləyirik. Əlbəttə ki, İran da Türkiyədə olan bu hadisədən istifadə edib hər şey edə bilər. Ona görə də biz sayıqlığımızı əldə verməməliyik və daha da güclü silahlansaq, düşünürəm ki, heç bir dövlət bizim güclü ordumuzun qarşısında duruş gətirə bilməz və buna ümumiyyələt risk eləməz. Hər halda, ehtiyatlı olmalıyıq və ehtiyatımızı əldən verməməliyik”-deyə, MMP sədri əlavə edib. (moderator.az)

poliqon.info