Yunan nazir: “Xilasedicilərimizin bu ağır günlərdə Türkiyəyə dəstəyindən qürur duyuruq”

“Avropadan gələn, eləcə də yunanıstanlı xilasedicilərin bu ağır günlərdə Türkiyəyə dəstəyindən qürur duyuruq”...

“Report”un Ankara bürosunun xəbərinə görə, bunu Türkiyəyə səfər edən Yunanıstanın xarici işlər naziri Nikos Dendias xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşündən sonra mətbuata açıqlama verərkən deyib.

Yunan nazir deyib ki, Niderlanddan və Avstriyadan gələn xilasedicilərlə görüşüb, ümumi vəziyyəti müzakirə ediblər.

Nikos Dendias Yunanıstanın dəstəyini qəbul etdiyinə görə Türkiyəyə təşəkkürünü bildirib: “Bu zor günlərdə belə Türkiyənin bizə göstərdiyi qonaqpərvərliyinə görə təşəkkür edirəm”.

Poliqon.info