Almaniyalı futbolçu tarixə düşüb

İspaniyanın "Real Madrid" komandasında çıxış edən Toni Kroos tarixi rekorda imza atıb...

"Report"un "MisterChip"ə istinadən məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi buna klublararası dünya çempionatının finalında Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Hilal"a 5:3 hesabı ilə qalib gəldikləri matçda nail olub.

O, futbol tarixində yeddi dəfə dünya çempionu (6 klub, 1 milli) olan yeganə oyunçudur.

Kroos "Real Madrid"lə 5, "Bavariya" ilə 1 dəfə klublararası dünya çempionatında qızıl medal qazanıb. Təcrübəli futbolçu 2014-cü ildə Almaniya yığması ilə mundialın qalibi olub.

Poliqon.info