Son sutkada Ukrayna səmasında İran istehsallı 5 "Şahed" vurulub

Son sutkada Ukrayna səmasında İran istehsallı 5 “Şahed” PUA-sı vurulub.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuqi İqnat deyib.

O bildirib ki, ruslar sutka ərzində 7 “Şahed”lə hücuma keçiblər.

İqnatın sözlərinə görə, PUA-lar xüsusilə Azov dənizinin şərq sahillərindən buraxılıb.

Poliqon.info