Kadırov “xalqın atası” oldu – Parlament onun bu statusunu təsdiqlədi…

Çeçenistan parlamenti respublika rəhbəri vəzifəsinin yeni adını təsdiqləyib…

Çeçenistan parlamenti respublika konstitusiyasına düzəliş layihəsini qəbul edib ki, bu da, xüsusən də regionun rəhbəri vəzifəsinin çeçen dilində - “Mexk-Da” (və ya “Mexkan Da”) adına aydınlıq gətirir.

Poliqon.info xəbər verir ki, bu barədə Çeçenistan Respublikasının parlamentinin sədri Maqomed Daudov Telegram kanalında məlumat verib.

“Bu dəyişikliyin məqsədi Çeçenistan Respublikasında dövlət dili olan çeçen dilində region rəhbərinin adının istifadəsində vahidliyi yaratmaqdır”, deyə Daudov dəyişikliyi izah edib.

Qeyd edək ki, fevralın 2-də Çeçnistan parlamenti respublika rəhbəri Ramzan Kadırovun adının çeçen dilində əlavə edilməsi təklifi ilə çıxış edib. Dəyişikliklərin təşəbbüskarı 20 deputat, o cümlədən Maqomed Daudov olub.

Poliqon.info