Trampın Facebook və Instagram hesabları aktivləşdirilib

Meta şirkəti ABŞ-ın keçmiş prezidenti Donald Trampın iki ildir deaktiv olan Facebook" və Instagram hesablarını bərpa edib...

Poliqon.info xarici mətbuata istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri yenidən Trumpın səhifələrini görə bilələcəklər. Trampın bu sosial şəbəkələrdəki son qeydlər 6 yanvar 2021-ci il Vaşinqtonda Kapitoliyə hücum gününə təsadüf edir.

Qeyd edək ki, yanvarın axırında Meta-nın qlobal məsələlər üzrə prezidenti Nik Kleq Trampın Facebook və Instagram hesablarının yaxın həftələrdə bərpa olunacağını bildirmişdi. Eyni zamanda o, əlavə etmişdi ki, keçmiş prezident qanunları yenidən pozarsa, bir aydan iki ilə qədər olan dayandırma cəzaları yenidən olacaq.

Özünün Truth Social platformasında Meta-nın qlobal məsələlər üzrə prezidentinin qərarına reaksiya verən Tramp, “Məni, sevimli prezidentinizi, platformadan çıxardıqdan sonra milyardlarla dollar itirən Facebook şirkəti indicə elan etdi ki, mənim hesabımı bərpa edirlər. Belə bir hal bir daha nə indiki prezidentlə nə də bir başqası ilə təkrarlanmamalıdır”, deyə yazmışdı.

Poliqon.info