Aİ-nin yeni sanksiyaları rus jurnalistləri və hərbiçiləri hədəfə alır...

Avropa İtifaqının yeni anti-Rusiya sanksiyaları hərbçilərə və jurnalistlərə qarşı məhduduiyyətlər əhatə edəcək…

Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen cümə axşamı bildirib ki, Aİ tərəfindən Rusiyaya qarşı tətbiq ediləcək növbəti sanksiyalar, digər məsələlərlə yanaşı, rus ordusuna və jurnalistlərə qarşı yönələcək.

“10-cu sanksiya paketi Rusiyanınn hərbçilərinə və jurnalistlərə qarşı tədbirləri əhatə edəcək”, deyə Leyen Avropa Şurasının prezidenti Şarl Mişel və Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.

Avropa Komissarı xatırladıb ki, gələcək sanksiyalar paketinə 10 milyard avro həcmində məhsulların ixracına məhdudiyyətlər də daxil edilməlidir.

Poliqon.info