Dubayın ən nüfuzlu adamları reytinqinə Pavel Durov başçılıq edir

Siyahıya Birləşmiş Ərəb Əmirliyinin elitasının ən ruhlandırıcı və nüfuzlu nümayəndələri daxil olub...

Poliqon.info Forbes nəşrinə istinadən xəbər verir ki, “Telegram” və “VKontakte” sosial şəbəkələrinin qurucusu Pavel Durov “Arabian Business”in versiyasına görə Dubayın 100 ən nüfuzlu adamı siyahısına başçılıq edir.

Reytinqdə ikinci yeri “Emirates Airlines” şirkətinin prezidenti Tim Klark, üçüncü yeri ən böyük ərəb tərtibatçısı, “Burj Khalifa” göydələninin yaradıcısı Mohamed Alabbar tutub. İrlandiyalı qarışıq döyüş ustası Konor Makqreqor da Dubayın ən nüfuzlu 10 adamı sırasındadır.

Qeyd edək ki, 38 yaşlı Pavel Durovun sərvəti 15,1 milyard dollar olaraq qiymətləndirilir. Forbes bildirir ki, bu reytinqdə də sahibkar Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən zəngin adamları arasında birinci yerdədir.

Xatırladaq ki, Durov 2014-cü ildə Rusiyanı tərk edib. 2017-ci ildə o, Dubaya köçüb və Telegram-ın qərargahını oraya köçürüb. 2021-ci ilin fevralında iş adamı BƏƏ vətəndaşlığını alıb. Bundan əlavə, o, Fransa və Sent Kitts və Nevis Federasiyasının vətəndaşıdır.

2022-ci ilin aprelində Forbes jurnalı Durovun rus mənşəli olduğunu qeyd etməmək istəməsi barədə yazıb. Sahibkarın köməkçisi nəşrə izah edib ki, milyarder uzun illər əvvəl Rusiyanı tərk edib və geri qayıtmaq fikrində deyil. Telegram-a yaxın olan Forbes-in mənbəsi Durovun Rusiya pasportunun müddətinin artıq bitdiyini bildirib.

Poliqon.info