Biləsuvarda yol qəzasında 4 nəfər xəsarət alıb

Biləsuvar rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib...

APA-nın Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Xırmandalı kəndində qeydə alınıb.

Qəza nəticəsində 1963-cü il təvəllüdlü Əlinəsib Abdullayev, 1974-cü il təvəllüdlü Natəvan Quliyeva, 1999-cu il təvəllüdlü Sənan Abdullayev və 1999-cu il təvəllüdlü Davud Əlizadə xəsarət alıb. Xəsarət alanlar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

poliqon.info