Laçın-Xankəndi yolundan BQXK-nın maşınları keçib - Foto,Yenilənib

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir...

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 4 minik maşını aksiya keçirilən ərazidən Xankəndiyə keçid edib.

Qeyd edək ki, BQXK maşınları səhər saatlarında Xankəndidən Laçın istiqamətinə keçmişdi.

***

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndidən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 4 minik maşını aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçid edib. Avtomobillərdə mülkü erməni ailələr olub.

##galery##

poliqon.info