Blinken F-16 qırıcılarının Ukraynaya verilməsini istisna etmir...

Co Baydenin administrasiyası Ukraynaya F-16 qırıcıları ilə təmin etmək çağırışlarına müqavimət göstərməkdə davam edir, lakin dövlət katibi Entoni Blinken gələcəkdə bunun istisna olmayacağını bildirib...

Poliqon.info xəbər verir ki, bu barədə Bloomberg yazAgentliyi məlumat yayıb.

Blinkenin sözlərinə görə, ehtiyaclar dəyişdikcə, Qərbin Ukrayna tərəfinə təqdim etdikləri də dəyişir:

“Ən yaxın zamanda “Abrams” tanklarınınUkraynaya verilməsi ilə qərar da bunu göstərdi. Almaniya da Aukraynaya “Leopard” tankları verdi və digər avropalılar da bunu etdilər”, deyə Dövlət katibi bildirib.

Qeyd edək ki, dünən Böyük Britaniyanın baş naziri Rişi Sunak bildirib ki, Böyük Britaniya hökuməti döyüş təyyarələrinin təhvil verilməsi imkanlarını araşdıracaq. Bundan başqa Avropa Parlamentinin rəhbəri Roberta Metsola da Aİ ölkələrini Kiyevə Qərb istehsalı olan döyüş təyyarələri və uzaqmənzilli raketlər verməyə çağırıb.

Poliqon.info