Priqojin “Vaqner qrupu”na məhbusların cəlb edilməsini dayandırıb

“Vaqner”özəl hərbi şirkətlərin yaradıcısı Yevgeni Priqojin bildirib ki, məhbusların ÖHŞ-yə cəlb edilməsi tamamilə dayandırılıb...

Poliqon.info Rusiya mətbuatına əsasən xəbər verir ki, bu barədə Priqojinin mətbuat xidməti məlumat yayıb.

"Bəli, həqiqətən də belədir. “Vaqner” ÖHŞ-də məhbusların hərbi xidmətə cəlb edilməsi tamamilə dayandırılıb. İndi bizim üçün cəbhədə vuruşanların qarşısında bütün öhdəliklər yerinə yetirilir, deyə mətbuat xidmətindən bildiriblər.

Lakin mətbuat xidməti Priqojinin muzdlu orduya məhbusların cəlb edilməsinin niyə dayandırıldığını aydınlıq gətirməyib.

Poliqon.info