Avropa liderləri Ukrayna üçün Brüsseldə toplanıblar, Zelenski də iclasda iştirak edir

Avropa Parlamentinin (AP) sədri Roberta Metsola bunu tarixi gün adlandırıb...

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı liderlərinin sammiti başlayıb.

“Report” xəbər verir ki, toplantıda Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edir.

İclasda Rusiya-Ukrayna müharibəsi, həmçinin Kiyevə yardımların artırılması məsələləri müzakirə olunur.

Avropa Parlamentinin (AP) sədri Roberta Metsola bunu tarixi gün adlandırıb.

V.Zelenski sammit çərçivəsində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenlə görüşüb.

Poliqon.info