Rusiya və İran hesablaşmalarda kriptovalyutadan istifadə edəcək

Moskva və Tehran haesablaşmalarda rəqəmsal valyutalardan istifadə etməkdə maraqlıdırlar...

Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov hazırda İran və Rusiyanın rəqəmsal valyutaların ixrac-idxal əməliyyatları üçün istifadə imkanlarını araşdırdığını bildirib.

Eyni zamanda səfir qanunvericilik bazasının yaradılmasının zəruriliyinə də aydınlıq gətirib.

“İxrac-idxal əməliyyatları üçün hesablaşmalarda rəqəmsal maliyyə aktivləri və valyutalarından istifadə məsələləri həm Rusiya, həm də İran tərəfindən nəzərdən keçirilir. Bu proses hazırda işlənmə mərhələsindədir”, deyə Dedov bildirib.

Səfirin fikrincə, bu məsələ asan deyil və ekspertlərdən böyük zəhmət tələb edən hazırlıq işləri tələb edir.

Poliqon.info