Qızılın qiyməti 1890 dollar səviyyəsində sabitləşib

İnvestorlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) siyasətinin perspektivlərini qiymətləndirməkdə davam edirlər...

Qızılın bir unsiyasının qiyməti 1890 dollar səviyyəsində sabitləşib.

“Report” birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın aprel fyuçersləri 0,03 % və ya 0,65 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1891,35 dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,12 % artaraq 1 unsiyası 22,448 ABŞ dolları təşkil edib.

İnvestorlar ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) siyasətinin perspektivlərini qiymətləndirməkdə davam edirlər.

Poliqon.info