Avstriya kansleri Aİ ətrafında “divarlar və hasarlar” çəkməyə çağırıb

Avstriya kansleri Karl Nehammer Avropa İttifaqının (Aİ) xarici sərhədlərinin qeyri-qanuni miqrasiyadan sərt qorunmasını təmin etmək üçün divar və hasarların tikintisinə çağırıb…

Poliqon.info xəbər verir ki, Avstriya kansleri bu barədə Almaniyanın Bild nəşrinə deyib.

Qəzetə verdiyi müsahibədə Karl Nehammer deyib ki, Avripa İttifaqının xarici sərhədlərini qorumaq üçün fiziki infrastruktur və maneələr lazımdır: “Bu, hasarların, divarların və başqa lazım olan hər şeyin qurulması gərəkir. Avropa yeni miqrant böhranı yaşayır, ona görə də tez və aydın hərəkət etmək lazımdır. Aİ-nin xarici sərhədlərinin qorunması istək deyil, zərurətdir”, deyə Karl Nehammer bildirib.

“Avropa öz sərhədlərini qoruya bilməsə, Şengen zonası absurd olacaq. Təhlükəsiz üçüncü ölkələri keçən miqrantların Aİ-nin xarici sərhədlərini maneəsiz keçməsi mümkün olmamalıdır. Hasarların, divarların və sairlərin tikintisi üçün Aİ-dən maliyyə dəstəyi tələb edirik”, deyə Avstriya kansleri öz fikrini yekunlaşdırıb.

Almaniyanın “Bild” nəşri öz növbəsində qeyd edib ki, “Nehammer kəskin miqrasiya böhranı şəraitində Avropa İttifaqının ətrafında divarlar və hasarlar çəkməyə çağıran Aİ-də ilk hökumət başçısı oldu”.

Poliqon.info