Putin Əfqanıstandakı narkotik tarlalarından narahatdır…

Rusiya prezidenti bildirib ki, Əfqanıstanda narkotik vasitələrin istehsalı üçün əkin sahələri durmadan artır...

Poliqon.info Rusiya mətbuatına əsasən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Əfqanıstandakı narkotika tarlalarının artmasından narahatlığını ifadə edib.

“Narkotikanın dövriyyəsi artır və təəssüf ki, Əfqanıstanda əkin sahələri də artır. Fikrimcə, dünya bazarındakı opiatların 80%-i əfqan mənşəlidir”, deyə Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının Əfqanıstan məsələləri üzrə katibləri ilə görüşündə bildirib.

Rusiya prezidenti qeyd edib ki, vəziyyət çox mürəkkəbdir.

Poliqon.info