ABŞ Ukraynada pat situasiyası yaradır – Keşmiş səfir

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Makfol bildirib ki, Vaşinqton Ukraynada  vəziyyəti dalana dirəndirir…

ABŞ-ın Ukraynaya hərbi dəstəyinin hazırkı səviyyəsi Ukraynada pat situasiyası yaradır.

Poliqon.info xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol Foreign Affairs nəşri üçün yazdığı məqalədə deyib.

“Amerikadan hərbi yardım Ukraynaya kiçik paketlərlə verilir və mən bundan narahatam. Bu hərbi yardım Ukraynaya ancaq döyüş meydanında ghazırda ördüyümüz durğunluğu qoruyub saxlamağa imkan verir”, deyə Makfol yazır.

Sabiq səfir qeyd edib ki, ukraynalılar hazırkı hərbi yardım səviyyəsi ilə uğurlu əks-hücum təşkil edə bilməyəcək.

“Bu vəziyyət uzun aylarla davam edərsə, o zaman ABŞ-da tədricən Ukraynaya dəstəyini azalacaq”, deyə Makfol fikrini yekunlaşdırıb.

Poliqon.info