Sunak və Zelenski Britaniya ilə Ukrayna arasında ittifaq bəyannaməsi imzalayıblar

London və Kiyev dövlətlər arasında münasibətlərin möhkəmlənməsinə xidmət edəcək birlik bəyannaməsinə imza atıblar...

Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, bəyannamədə Ukraynanın NATO-ya üzv olması və öz təhlükəsizliyi üçün təminat alması əsas proritet olaraq qəbul edirlir.

Britaniyanın Baş naziri Rişi Sunakın ofisi tərəfindən dərc edilən sənədin mətnində deyilir: “Böyük Britaniya Ukraynanın tanınmış sərhədləri daxilində suverenliyinə və ərazi bütövlüyünə, habelə Ukraynanın hüququna sarsılmaz sadiqliyini bir daha təsdiqləyir. Britaniya Ukraynanın gələcəkdə NATO-ya üzvlüyü də daxil olmaqla, öz təhlükəsizliyi üçün təminat almasını dəstəkləyir”.

Bəyannamədə həmçinin qeyd olunur ki, London quruda, havada və dənizdə Ukraynaya dəstəyini davam etdirəcək. Bundan başqa Böyük Britaniya Ukraynaya özünü müdafiə edə biləcək və təcavüzlərin qarşısını ala biləcək Ukrayna Silahlı Qüvvələrini qurmaq üçün hər cür dəstək verəcək.

Poliqon.info