Britaniya kralı Zelenskini Bukinhem sarayında qəbul edəcək

Böyük Britaniya kralı III Çarlz Londona səfəri zamanı Ukrayna prezidenti Vladimir Zelenskini qəbul edəcək...

Poliqon.info xəbər verir ki, bu barədə Sky News məlumat yayıb. Qeyd olunur ki, Ukrayna lideri Londonda Baş nazir Rişi Sunakla da görüşəcək.

Bukingem Sarayı bu gün kralın Zelenskini qəbul edəcəyi ilə bağlı xəbəri təsdiqləyib.

Həmçinin xəbərdə Zelenskinin Birləşmiş Krallıqda təlim keçən Ukrayna hərbçiləri ilə də görüşü nəzərdə tutulduğu da qeyd edilir.

Poliqon.info