ABŞ Arktikanı Rusiya ilə birbaşa qarşıdurmaya hazırlayır

Qərb-Rusiya qarşıdurmasının növbəti mərhələsi Arktikada yaşanacaq...

ABŞ Arktikaya getdikcə daha çox maraq göstərir. Çünki onlar bu regionda Rusiya ilə mümkün olan toqquşmaya hazırlaşırlar.

Poliqon.info xəbər verir ki, bu fikri Arktika İnstitutunun təsisçisi və baş elmi işçisi Malte Humpert “Newsweek” jurnalında dərc olunan məqaləsində bildirib. Onun sözlərinə görə, ABŞ Rusiyanı düşmən xalq hesab edir və bu düşmənçilik Arktikaya da keçə bilər. Lakin bu, üçüncü dünya müharibəsinə hazırlıq deyil.

ABŞ-ın NATO müttəfiqləri də Arktikada Vaşinqtonun dəstəyinə ümid edirlər. ABŞ generalı Den Hokanson bildirib ki, əgər Arktikada Norveçlə Rusiya arasında hərbi toqquşma olarsa, ABŞ ordusu ora yollanmağa hazır olmalıdır.

Poliqon.info