Ötən il ABŞ Rusiya ilə ticarət dövriyyəsini artırıb

Ötən il ABŞ Rusiyaya mal ixracını noyabr ayında 62,6 milyon dollardan 112,8 milyon dollara qədər yüksəldib…

Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, bunu Amerika statistikasından alınan son məlumatlar göstərir. Rusiyadan ABŞ-a idxal isə 594,3 milyon dollardan 638,4 milyon dollara yüksəlib.

Qeyd edək ki, Ukrayna münaqişəsi ilə bağlı Vaşinqtonun tətbiq etdiyi anti-Rusiya sanksiyaları fonunda ötən ilin son ayında iki ölkə arasında ticarət dövriyyəsi 2021-ci ilin dekabr ayının göstəricilərindən xeyli aşağı idi. ABŞ-ın ixracı 547,3 milyon dollar, idxalı isə təxminən 1,9 milyard dollar təşkil edirdi.

Poliqon.info