AZAL Türkiyədəki zəlzələ ilə əlaqədar biletlərin cəriməsiz qaytarılmasına başlayıb

Zəlzələ nəticəsində aviaşirkətin xidmətlərindən yararlana bilməyən AZAL-ın Türkiyəyə və geri gələn sərnişinlərinə aviabiletlərin dəyərinin cərimə tətbiq edilmədən tam qaytarılmasına və ya ödənişsiz yenidən bronlaşdırılmasına icazə verilir...

Bu barədə "Report"a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Türkiyənin aşağıdakı şəhərlərində baş vermiş zəlzələ səbəbindən:

Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Malatya, Diyarbəkir, Mardin, Batman, Ərzurum, Ərzincan, Sivas, Şırnak, Siirt, Van, Muş, Bingöl, Ağrı, Iğdır, Adana, Qars, Rizə, TAZAL

rabzon, Giresun, Ordu, Samsun, Tokat, Merzifon, Kayseri, Adıyaman, Hatay, Elazığ, Nevşehir, Kastamonu və Sinop

Ankara, İstanbul, İzmir və Antalyanın bütün beynəlxalq hava limanlarına reys yerinə yetirən AZAL və “Buta Airways”in fevralın 6-dək əldə edilmiş uçuş tarixi fevralın 6-dan 21-dək olan aviabiletlərinin, 31 mart 2023-cü il daxil olmaqla, “involuntary” proseduru çərçivəsində geri qaytarılması və istənilən digər tarixlərə yenidən bron edilməsi təmin olunur.

poliqon.info