Rusiya mümkün qədər tez hücuma başlamaq istəyir – ISW

Rusiya Ukraynaya Qərbin yolladığı ağır texnikalar gəlmədən hücuma keçəcək…

Poliqon.info xəbər verir ki, bu barədə Amerikanın Müharibə Araşdırmaları İnstitutunun son hesabatında bildirilir.

ISW-nin məlumatına görə, Rusiya bu hücumu Ukrayna Silahlı Qüvvələrinin Qərbdən ağır texnika almasından əvvəl etməyi planlaşdırırlar.

Analitiklərin fikrincə, Rusiya hərbi komandanlıqğı həlledici hücuma başlamağa tələsir, ehtimal ki, Qərbin hərbi yardımı Ukraynaya gəlməmişdən əvvəl onlar bu hücumu reallaşdırmağa çalışacaqlar.

Qeyd edilir ki, Rusiyanı hücumu tezləşdirməyə vadar edən digər bir faktorda və Ukraynaya buzların və qarın əriməsindən sonra mart-aprel aylarında yolların keçilməz olması ilə bağlıdır. Məhz 2022-ci ilin yazında bu keçilməz yollar Rusiyanın mexanikləşdirilmiş briqdalarının manevrlərinin qarşısını aldı və Rusiya ağır itkilərlə geri çəkilməyə məcbur oldu.

Poliqon.info