Arestoviç nikbinliyini itirib və artıq Ukraynanın qələbəsinə inanmır…

Zelenskinin aoarat rəhbərinin keçmiş müşaviri hesab edir ki, Ukrayna Rusiya üzərində qələbə çala bilməyəcək və sülh danışıqları nəticəsində Donbas Rusiyaya qalacaq…
“Ukraynanın Rusiya üzərində hərbi qələbə üçün gücü və imkanları yoxdur, ona görə də Qərb ölkələri regionda “iki Koreya” konsepsiyasını həyata keçirməyə hazırdır”.

Poliqon.info xəbər verir ki, bunu Ukrayna prezidentinin aparatının keçmiş müşaviri Aleksey Aretoviç deyib. Ukraynalı analitik hesab edir ki, Şərqi Avropada Rusiya ilə Qərb arasında yüz il ərzində cəbhə yaranacaq.

Arestoviçə görə hazırda Ukrayna müharibəsi vəziyyəti “İki Koreya” konsepsiyasına doğru aparır və bu ssenarinin mümkün icrası çərçivəsində Aretoviç Ukraynanı Cənubi Koreya ilə müqayisə edib.

“Ukraynanın Rusiya üzərində qələbə çalması üçün NATO silahlarına malik 400 min mükəmməl təlim keçmiş əsgər tələb olunur. Bizdə varmı? Yoxdur. Yaxın zamanda olacaqmı? Qərb də eyni şəkildə düşünür və biz onlardan tamamilə asılıyıq. Bu halda Qərb nə etməlidir? “İki Koreya” ssenarisini işə salmalıdır. Yəni Qərbin zəmanəti ilə yeni “Cənubi Koreya” yaradılacaq”, deyə Arestoviç bildirib.

Arestoviç etiraf edir ki, Ukrayna münaqişənin sülh yolu ilə həlli üzrə danışıqların gedişində Donbas Rusiyaya veriləcək. Bununla belə, Zelenskinin ofisinin keçmiş müşaviri hesab edir ki, Xerson və Zaporojye vilayətlərinin Rusiyanın nəzarətində qalan hissələri Ukrayna tərəfindən ya hərbi, ya da diplomatik yolla geri qaytarılacaq.

Poliqon.info