ABŞ prezidenti Polşaya fevralın sonunda səfər edəcək

ABŞ prezidenti Co Baydenin fevralın sonunda Polşaya səfəri gözlənilir...

Poliqon.info NBC News-ə istinadən xəbər verir ki, Baydenin Polşaya səfəri ilə bağlı yekun qərar hələ verilməyib. Səfərlə bağlı yalnız Ağ Ev tərəfindən rəsmən elan edildikdən sonra əminliklə danışmaq mümkün olacaq.

Qeyd edək ki, fevralın əvvəlində polşa nəşri “Dziennik Gazeta Prawna” Baydenin ölkəni ziyarət edə biləcəyini və orada ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşə biləcəyini bildirdi.

Nəşrin məlumatına görə, Bayden, Zelenski və Polşa prezidenti Andrey Dudanın görüşü ya Varşavada, ya da Jeşuvada keçirilə bilər.

Qeyd olunub ki, görüş zamanı Bayden Ukraynadakı münaqişənin həlli ilə bağlı “sülh planı” təqdim edə və beynəlxalq konfrans çağıra bilər.

Poliqon.info