Dünya daha böyük müharibəyə sürüklənir- BMT baş katibi

BMT Baş katibinin fikrincə dünya daha böyük müharibəyə doğru yol alıb…

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterres deyib ki, o, sülh üçün ilkin şərtləri hələ görmür, dünya isə əksinə, böyük müharibəyə yaxınlaşır. PİA.az xəbər verir ki, bu barədə BMT-nin rəsmi saytı məlumat yayıb.

"Sülhün perspektivləri azalmaqda davam edir. Daha da gərginləşmə və qan tökülmə şansları artmaqda davam edir. Mən qorxuram ki, dünya öz iradəsinə zidd olaraq daha böyük müharibəyə doğru sürüklənsin. Düşünürəm ki, dövlətlər bunu gözlərini yumaraq edir”, deyə Baş katib bildirib.

Antonio Quterres həmçinin vurğulayıb ki, əgər hər bir ölkə BMT Nizamnaməsindən irəli gələn öhdəlikləri yerinə yetirsə, sülhə zəmanət tam zəmanət verilərdi.

pia.az