Rotşildlər ailə biznesinə tam nəzarəti bərpa etmək qərarına gəliblər

Rothschild ailəsi Rothschild & Co. maliyyə holdinqini özəlləşdirməyə qərar verib…

PİA.az xəbər verir ki, bu barədə Rusiyanın RBK nəşri məlumat yayıb. Rothschild & Co səhmləri hazırda Euronext Paris Fond Birjasında satılır.

Səhmdarlara hər səhm üçün 48 avro ödəniləcək ki, bu da cümə günü bağlanış qiymətindən 19% yüksəkdir. Beləliklə, ümumilikdə şirkət 3,7 milyard avro dəyərində qiymətləndirilib. Müşahidə şurasının iclasında təklif əsas sahibi tərəfindən dəstəklənərsə, səhmdarlara hər səhm üçün 1,4 avro və hər səhm üçün daha 8 avro dividendlər ödəniləcək.

İndi holdinqin əsas sahibi Rotşildlər ailəsinin nəzarətində olan Concordia şirkətidir. O, səhmlərin 38,9%-nə və səslərin 47,5%-nə sahibdir.

Rothschild & Co 2008-ci ildə ailənin biznesinin Fransa və Britaniya filiallarının birləşməsi nəticəsində yaranıb. Britaniya filialı, NM Rothschild & Sons, 19-cu əsrin əvvəllərində yaradılmışdır. NM sülalənin banisinin üçüncü oğlu Nathan Mayer Rothschild-in (1777-1836) baş hərfləridir. Qeyd edək ki, NM Rothschild & Sons, Napoleon müharibələri zamanı Britaniya Ordusuna və müttəfiqlərinə borc verməklə uğur qazanıb.

Biznesin Fransa filialı 1838-ci ildə yaradılıb və onun əsas aktivi Avropanın ilk dəmir yolu şirkətlərindən biri olub. 1850-ci illərdə şirkət maliyyə layihələrini də öz üzərinə götürüb və İkinci Dünya Müharibəsindən sonra maliyyə holdinqinə çevrilib.

pia.az