Vladimir Lenini Movzoleydən oğurlamaq istədilər...

Leninin cəsədini oğurlamağa cəhd edən şəxs Mavzoley qapısında saxlanılıb…

Qırmızı Meydanda polis məqbərəyə girmək istəyən 42 yaşlı şəxsi saxlayıb.

PİA.az xəbər verir ki, baş verən hadisə ilə bağlı “Moskovski Komsomolets” yayıb. Qəzetin yazdığına görə, hadisə fevralın 6-na keçən gecə məqbərənin yanında “fırlanan” şübhəli şəxs qapını açmağa çalışarkən saxlanılıb və ən yaxın polis bölməsinə aparılıb.

Saxlanılan şəxs polislərə bildirib ki, məqbərəyə girib Leninin cəsədini oğurlamaq istəyib.

Kişi bu hərəkətlərinin məqsədini izah edə bilməyib. Özünü nalayiq apardığı üçün təcili tibbi yardım briqadası çağırılıb və nəticədə həmin şəxsin sərxoşluq səbəbindən psixi pozğunluğunun olduğu müəyyən edilib.

pia.az