Türkiyədə qanvermə məntəqələrində sıxlıq müşahidə olunur - Foto

İstanbul, İzmir və fərqli vilayətlərdən vətəndaşlar qanvermə üçün səfərbər olunublar...

Türkiyədə episentri Kahramanmaraşın Pazarcık rayonunda olan 7,7 bal gücündə zəlzələdən sonra Türk Qızıl Aypara Cəmiyyətinin qanvermə məntəqələrində sıxlıq müşahidə olunur.

Sakinlər zəlzələ bölgəsində yarana biləcək qan ehtiyacını qarşılamaq üçün qanvermə məntəqələrinə gedirlər.

İstanbul, İzmir və fərqli vilayətlərdən vətəndaşlar qanvermə üçün səfərbər olunublar.

pia.az