Aİ-dən Rusiyaya qarşı yeni sanksiyalar – Boşluqlar qapadılacaq…

Avropa İttifaqı Rusiyaya qarşı yeni sanksiyalar paketinin əvvəlki paketlərdə olan yanlışları düzəldəcəyini bildirib…

PİA.az xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb.

Qəzet fevralın 6-da öz mənbələrinə istinadən yazır ki, anti-Rusiya sanksiyalarının onuncu paketi yeni iqtisadi tədbirləri nəzərdə tutmur, lakin əvvəlki sanksiyalar məhdudiyyətlərinin boşluqlarını dolduracaq.

Nəşrin mənbələrinin fikrincə, hazırda söhbət Qərbin Rusiyaya qarşı tamhüquqlu iqtisadi məhdudiyyətlər paketindən getmir. Daha doğrusu, onlar əvvəlki məhdudiyyətlərə olunan düzəlişlərdir, çünki mövcud sanksiyaların boşluqları var.

Xatırladaq ki, bir müddət əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Aİ-nin anti-Rusiya sanksiyalarının onuncu paketinin 10 milyard avroluq məhdudiyyətlərin nəzərdə tutduğunu bildirmişdi.

pia.az