Stoltenberq: NATO zəlzələ ilə bağlı səfərbər olub...

NATO hərbi alyansı zəlzələdən zərər çəkmiş Türkiyəyə təcili yardım üçün səfərbərlik elan edib...

PİA.az xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq sosial şəbəkələrdə yazıb.

“Biz bu dəhşətli zəlzələ ilə bağlı müttəfiqimiz Türkiyə ilə tam həmrəy olduğumuzu bildiririk”, deyə Alyansın rəsmisi bildirib.

Stoltenberq prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə təmasda olduğunu qeyd edib.

Son məlumatlara görə, Türkiyədə baş verən 7,4 bal gücündə zəlzələdən sonra 912 nəfər ölüb, 5385 nəfər yaralanıb.

Qeyd edək ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin mütəxəssisləri Türkiyədə baş verən zəlzələnin İtaliya sahillərində sunamiyə səbəb ola biləcəyini bildirib. Sahilboyu ərazilərin sakinlərinə təhlükə zonasını tərk etmək tövsiyə olunub.

pia.az